“Qarabağ” – “Xəzər Lənkəran” oyununun başlama vaxtı açıqlandı
13.08.2013 - 17:03
“Qarabağ” – “Xəzər Lənkəran” oyununun başlama vaxtı açıqlandı
Topaz Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 17-19-da baş tutacaq qarşılaşmaların yeri və saatı müəyyənləşib. Turun mərkəzi oyunu “Bakcell Arena”da baş tutacaq. Belə ki, “Qarabağ” bu dəfə də ev oyununu 8-ci km qəsəbəsindəki stadionda keçirəcək. Həmin matçda ağdamlıların rəqibi “Xəzər Lənkəran” olacaq.

17 avqust (şənbə)

21:00. “Neftçi” – “Simurq”

“Bakcell Arena” stadionu

18 avqust (bazar)

19:00. “İnter” – AZAL

“Şəfa” stadionu

20:00. “Qarabağ” – “Xəzər Lənkəran”
“Bakcell Arena” stadionu

19 avqust (bazar ertəsi)

18:00. “Sumqayıt” – “Qəbələ”

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. “Bakı” – “Rəvan”

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu