“İnter”in ən yaxşısı müəyyənləşdi
13.08.2013 - 17:28
“İnter”in ən yaxşısı müəyyənləşdi
“İnStat Football” şirkəti Topaz Premyer Liqasının II turunun “Qəbələ” – “İnter” matçında qonaqların statistik göstəricilərini hesablayıb. Apasport.az saytının məlumatına görə, şirkət bakılıların fiziki fəallığı haqqında məlumatları kluba təqdim edib.

Belə ki, "İnStat Football"ın hesablamalarına əssən II turun oyununda “İnter”in futbolçuları 115,2 kilometr məsafə qət ediblər. Bu göstəricidə ən yaxşı nəticə isə Ruslan Əmircanova məxsusdur.

1 Ruslan Əmircanov 12148 m
2 Vaqif Cavadov 12116 m
3 Matiya Şpiçiç 11558 m
4 Slavço Georgiyevski 11364 m
5 Abdulla Abatsiyev 11246 m