Qrup mərhələsinin sonuncu iştirakçısı müəyyənləşdi
30.08.2013 - 13:44
Qrup mərhələsinin sonuncu iştirakçısı müəyyənləşdi
Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində keçirilən “Alkmaar” (Hollandiya) – “Atromitos” (Kipr) qarşılaşması bu gün başa çatdırılıb.

Dünən start götürən və stadiondakı yanğın üzündən 59-cu dəqiqədə dayandırılan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin qrup mərhələsinə sonuncu vəsiqəni qazanan hollandiyalılar olub. Buna səbəb onların səfərdəki ilk oyunda daha çox qol vurmasıdır – 3:1.
Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu
“Alkmaar” (Hollandiya) - "Atromitos" (Kipr) – 0:2 (0:0)
Papadopulos, 53, Karaqunis, 75
İlk oyun – 3:1