Ruslan Abışov baxa-baxa qaldı
01.09.2013 - 15:44
Ruslan Abışov baxa-baxa qaldı
Rusiya Premyer Liqasında VII turun oyunları keçirilir. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz Ruslan Abışovun formasını geyindiyi “Rusin” Yekaterinburqda “Ural”ın qonağı olub.

Kazan təmsilçisinin Rondonun het-triki sayəsində 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı Abışov yenə kənardan izləyib. Baş məşqçi Kurban Berdiyev onun adını iştirak ərizəsinə salsa da, meydana buraxmayıb.

Bu qələbədən sonra “Rubin” 11 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.