Təbrizdə 4 qollu bərabərlik
13.09.2013 - 04:57
Futbol üzrə İran çempionatında VIII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Traktorsazi” doğma azarkeşləri qarşısında “Malavan” klubunu qəbul edib.
Erkən qolla hesabda geriyə düşən Təbriz təmsilçisi 2 qolla birinci hissəni üstün tamamlayıb. İkinci yarıya yaxşı başlaya bilməyən ev sahibi komanda rəqibin 52-ci dəqiqədəki qoluna mane ola bilməyib. Bununla da hesabı artıra bilməyən tərəflər meydandan 2:2 hesablı bərabərliklə ayrılıb.
Qeyd edək ki, “Traktorsazi” hazırda 16 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alır.
İran 1-ci Liqası
12 sentyabr
“Traktorsazi” - “Malavan” - 2:2
Qollar: Əli Kərimi, 22 (pen.), Kərim Ansarifard, 45 – D. Mehdi, 14, Maziar Zare, 52

0
0