“Rəvan” “Qarabağ”la oyuna tam hazırdı
13.09.2013 - 05:36
“Rəvan” “Qarabağ”la oyuna tam hazırdı
Bu gün Topaz Premyer Liqasının VI turu çərçivəsində "Rəvan” "Qarabağ”ı qəbul edəcək. Apasport.az saytının məlumatına görə, “aslanlar” ötən gün "Bayıl stadionu”nda oyun öncəsi son məşqinə çıxıb.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında 1 saat davam edən məşqdə futbolçular oyun öncəsi son hazırlıqları yerinə yetirib. Taktiki-texniki çalışmaların ardından futbolçular asmalar və onların qapanması, o cümlədən qapıya zərbələr və standart vəziyyətlər üzərində işləyib.

Qeyd edək ki, bu gün baş tutacaq "Rəvan” – "Qarabağ” oyunu "Bayıl Arena”da keçiriləcək və görüş saat 18:00-da başlayacaq. Qarşılaşmanın "İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanacağını da qeyd edək.

Mənbə: revanfc.az