Milli komandada görünməmiş hadisə
13.09.2013 - 07:54
Milli komandada görünməmiş hadisə
Meksika milli komandasında qeyri-adi hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, yığma 1 həftədə 3-cü baş məşqçisinə tapşırılıb.

Belə ki, ötən ay “Monterrey” klubundan qovulan Viktor Vuçetiç komandanın “sükanı arxasına” keçib. O, DÇ-2014-ün seçmə mərhələsinin sentyabrın 10-da ABŞ yığmasına 0:2 hesabı ilə uduzduqdan sonra istefa verən Luis Fernando Tenanı əvəzləyib. Sonuncu isə öz növbəsində sentyabrın 6-da Hondurasa 1:2 hesablı məğlubiyyətdən sonar postundan kənarlaşdırılan Xose Manuel de la Torrenin yerinə baş məşqçi təyin olunmuşdu.