Son 2 ilin ən yaxşı nəticəsi
13.09.2013 - 09:01
Son 2 ilin ən yaxşı nəticəsi
Azərbaycan millisi son 2 ildə ən böyük inkişafa nail olub. Apasport.az saytının məlumatına görə, FİFA-nın son reytinqində 8 pillə irəliləyən komandamız son illərdə belə yüksəlişə nail olmamışdı.

Belə ki, hesabında 315 xal olan yığmamız 115-ci pillədən 107-ci yerə qalxmaqla, 2011-ci ilin sentyabrından sonra belə böyük sıçrayışa imza ata bilməmişdi.

2 il əvvəl komandamız 15 addımlıq irəliləyişlə fərqlənmişdi. Onda millimiz 112-ci yerdən 97-ci pilləyə qalxmışdı.

Komandamızın yüksəldiyi 107-ci pillə isə son 12 ayda yığmamızın ən yüksək mövqeyidir.

Belə ki, 2012-ci ilin sentyabrında indiki kimi 107-ci olan millimiz növbəti 1 illik dövr ərzində ilk dəfə özü üçün belə yüksəyə qayıdıb. Ümumilikdə isə 97-ci pilədə qərarlaşdığımız 2011-ci ilin sentyabrından sonra millimiz üçün ən yaxşı nəticə elə 107-ci yerdir. 2-ci dəfə bu mövqeyə qalxan komandamız son 24 ayda bundan yaxşı nəticə qazana bilməyib.