“İlk yarıda 0:0 hesabı, ikincidə çoxları infarkt olacaq”
13.09.2013 - 09:47
“Azərbaycanı necə ciddi problemsiz məğlub etmək olar ki? Rəqib yaxşı maliyyələşən, normal komandadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı futbol agenti Vladimir Abramov deyib.
Abramov DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun son oyun günündə baş tutacaq Azərbaycan – Rusiya matçında həmyerlilərinin şanslarını dəyərləndirib. O, yığmamızın asanlıqla təslim olmayacağını bildirib: “Orda pul, futbolçular, yaxşı məşqçi var. Onlar yaxşı başa düşürlər ki, bütün diqqət bu matça yönələcək. Azərbaycan meydana 3-cü heyətlə çıxası deyil. Futbol oynamağı bacardıqlarını sübut etməyə çalışacaqlar. Əgər heç-heçə etməyi bacarsalar, onda bayram olacaq. Bu, Xorvatiyanın İngiltərə ilə “Uembli”də diqqəti özünə cəlb etmək üçün oynadığı kimidir”.
Abramov yığmamızı necə məğlub etməyin yolunu da göstərib: “Bu komandanı hər şeyi ürəklə meydanda qoymaq istəyi ilə ustalıq səviyyəsi hesabına udmaq olar. Azərbaycan yığması dişimizə görədir. Lakin ilk yarı 0:0 hesabı ilə bitəcək, ikinci hissədə isə çoxları infarkt olacaq”.
Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu oktyabrın 15-də keçiriləcək.

0
0