“Əgər birinci hissədə 3 top vurmuşuqsa...” - MÜSAHİBƏ
13.09.2013 - 11:22
Topaz Premyer Liqasının VI turunda “İnter” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra “Neftçi” klubunun braziliyalı müdafiəçisi Karlos Kardoso apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Bizim üçün çox vacib görüş idi. Çünki bundan əvvəlki 2 oyunda qələbə qazana bilməmişdik. Meydanda əsas işimiz rəqibin əks-hücumlarının qarşısını almaq idi.
- Deyəsən, artıq komanda yoldaşlarınızla dil tapmısız?
- Getdikcə bir-birimizi yaxşı anlayırıq. Bu oyunda heyətdə olan istər yerli, istərsə də legioner futbolçular mənə çox kömək elədi. İlk gündən aramızda yaxşı münasibət yaranıb. Komanda məni yaxşı qəbul etdi. Onlara təşəkkür edirəm.
- Fasiləyədək 3 top vurmağınızın ikinci hissəyə bir qədər rahat çıxmağınızda rolu oldumu?
- Təcrübəmə əsasən onu deyə bilərəm ki, birinci və ikinci hissələr hər zaman fərqli keçir. Əgər birinci hissədə 3 top vurmuşuqsa, nəticə demək olar müəyyən olunmuşdu. Hesab 1:0 və ya 0:0 olsaydı, bu başqa məsələ. Ondan ikinci hissə də birinci kimi ola bilərdi.
- Bu qələbədə sizin də kifayət qədər rolunuz oldu. Müdafiədə etibarlı oyununuzla yanaşı, vurduğunuz qolla da yadda qaldınız. “Neftçi”də ilk qolunuz olduğuna görə, bunun xüsusi bir özəlliyi varmı?
- Təbii ki, var. Hər bir qol digərindən fərqlidi. Sevinirəm ki, yeni komandamda qol hesabımı da açdım.
- “Xəzər Lənkəran” və “Bakı” ilə görüşlərdə cəmi 1 xal qazandınız. Əksəriyyət komandada enişin yaşandığını deyirdi. Bu qələbə sayəsində “Neftçi”nin böhrandan çıxdığını söyləmək olarmı?
- Hakimin son fitindən sonra həmin oyun bizim üçün başa çatır. “Neftçi” elə komanda deyil ki, hər məğlubiyyətə görə böhran yaşasın. 0:3 hesabı ilə məğlub olduğumuz “Bakı” ilə qarşılaşmanı yaddan çıxarmışıq. İndi qarşıdakı oyunlar haqda düşünürük.

0
0