“Bakı”nın futbolçuları baş məşqçilərini itirdilər
13.09.2013 - 10:56
“Bakı”nın futbolçuları baş məşqçilərini itirdilər
Daha bir milli komanda da baş məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, Litva Futbol Federasiyası yığmanın çalışdırıcısı Çobo Laslo ilə müqaviləni pozub.

Buna səbəb komandanın DÇ-2014-ün seçmə mərhələsindəki uğursuz çıxışıdır. Düzdür, G qrupunda yer alan və 8 xalla 4-cü pillədə qərarlaşan Litva millisi son matçda Lixtenşteyni məğlub edib (2:0). Amma rəhbərlik əldə olunan nəticələri qənaətbəxş saymır.

Assosiasiyanın rəsmi saytında yer alan xəbərdə qeyd olunur ki, komandanı DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarına macarıstanlı mütəxəssisin köməkçisi İqor Pankratyev çıxaracaq.

2012-ci ildə Litva yığmasına rəhbərlik edən Çobo Laslonu rusiyalı Konstantin Sarsaniyanının əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Litva millisinin 2 üzvü ölkəmizdə top qovur. Bunlar “Bakı”nın futbolçuları Mindauqas Kalonasla Devidas Çesnauskisdir.