Kaxanın ümidinə qalan “İnter”...
13.09.2013 - 11:19
Florentino Peres qibtə ediləcək adamdı. Madrid “Real”ının prezidenti qeyri-peşəkar saydığı futbolçunu 45 milyon avroya satacaq qədər fərasətlidi. Düzdür, futbolla maraqlanan hər kəs Məsut Özili bu qiymətə “Arsenal”a verib, Qaret Beylə 100 milyon ödəyən şəxsə əfəl gözü ilə baxır. Ancaq Peres oturduğu kürsüyə layiq olduğunu dəfələrlə isbatlayıb və Özilin əvəzinə ikiqat xərcə düşüb Beyli alırsa, demək nəsə bilir.
İngilislərin ulu babalarından qalma bir məsəl var: ağıllısansa, niyə kasıbsan? Razıyam, böyük pullar heç də hər zaman dərin dərrakə hesabına qazanılmır. Həmçinin, bir anbar sərvəti, 20 qram ağlı olanlara da hər yerdə rast gəlmək mümkündü. Amma müəyyən bir sahədə uğur qazanan adamların ilk baxışdan yanlış görünən hansısa addımı birmənalı şəkildə tənqid etmək də düzgün deyil.
Qoy, Don Florentiondan ispanlar yazsın, bizim işimiz özümüzünkülərdi. Şəxsən mənim üçün hazırda Bakı “İnter”inin ətrafında baş verənlər çox maraqlıdı. Həqiqətən “bankirlər”in atdıqları addımlardan baş açmaq çətindi. Komanda Avroliqada ümidləri doğrultmadı, ardından mövsümə uğursuz başladı. Zəif çıxışın müqabilində Kaxaber Sxadadzenin istefası gündəmə gəlməli idi və artıq “Simurq”a məğlubiyyətdən sonra kimsədə şübhə yeri qalmamışdı: “İnter” baş məşqçi dəyişikliyinə gedəcək. Tarixində farm-klubu olan Zaqatala təmsilçisinə evdə uduzmayan bakılıların bu yenilgisi Sxadadzeyə tikilən “torba” kimi qələmə verildi.
Gəl ki, hər kəs gürcü mütəxəssisin “İnter”lə yollarını ayıracağını gözlədiyi bir vaxtda onun müqaviləsinin müddəti uzadıldı. Adam lap çaş-baş qalır. Axı, “Simurq”a uduzmaqla imzalanan yeni sözləşmə ziddiyyət təşkil edir. Bu mesaj anlamı nədir və kimə ünvanlanıb?
Farm-klubuna evdə məğlub olmağın səbəbini hələ də tam olaraq özüm üçün müəyyənləşdirə bilməmişəm. Ancaq rəhbərliyin Sxadadzeylə davam etmək qərarını anlayıram. Dünən “Neftçi” ilə “İnter”in duelini izləyərkən, bir daha bu addımın doğru olduğu qənaətinə gəldim. Fikrimcə, “İnter” böyük pulların deyil, məşqçi işinin hesabına çempionluğa oynayan komandadı. Düzdür, 5-6 il öncə “bankirlər” transferlərə hər kəsdən çox vəsait sərf edirdilər. Lakin gürcüstanlı baş məşqçinin dönəmində paytaxt təmsilçisi az pulla çox iş görmək istəyən bir kluba çevrildi.
Diqqət yetirin, “İnter” son illər sanballı bir transfer həyata keçirməyib. Üstəlik, bu yay əksər aparıcı oyunçularını itirdi. Və indiki “İnter” “Neftçi” qarşısında aciz qalırsa, bunun tək səbəbi heyətin yetərsizliyidir.
Dünənki matçı izləyərkən öz-özümə sual verdim: “İnter”in neçə oyunçusu “Neftçi”nin “11-liy”inə düşə bilər? Məncə, elə birisi yoxdu. Məsələn, siz kimi məsləhət bilərdiniz? “Neftçi”yə lazım olmayan Slavço Georgiyevski ilə Ruslan Əmircanovumu? Yoxsa Vaqif Cavadovu deyirsiniz? Bəs, Asif Məmmədov? O, Araz Abdullayev və ya Flavinyonu ehtiyatda oturtmaq gücdədirmi?
Biz “Neftçi”ni də çempionluğa iddialı sayırıq, “İnter”i də. Əslində isə, ictimaiyyət “İnter”dən deyil, Sxadadzedən çempionluq gözləyir, tələb edir. Bax, paytaxt klubunun rəhbərliyi məhz bu səbəbdən onu baş məşqçi postuna saxlamağı lazım bildi. Sxadadze az pulla stabil komanda qurmağı, uğur qazanmağı bacaran bir məşqçidi. Ancaq deyəsən, bu mövsüm onda alınmayacaq...
ŞAMO

0
0