“Qalmaqal hadisələrin axarına uyğun idi” - MÜSAHİBƏ
13.09.2013 - 12:15
“İnter”in xorvatiyalı sol cinah müdafiəçisi Matiya Şpiçiçin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının VI turunun “Neftçi” ilə oyununda da uduzdunuz. Komandanız qələbə qazanmaqda niyə çətinlik çəkir?
- Ötürmələrdə çoxlu səhvlər etdik. “Neftçi” də buraxdığımız həmin səhvlərdən yararlanmağı bacardı. İlk 2 qolda mövqe səhvimiz vardı. Ancaq əlavə etmək istərdim ki, bu səhvləri buraxmasaydıq, biz “Neftçi” ilə başa-baş oynayardıq. Növbəti turlarda bir də belə səhvlərə yol verməməliyik.
- Komandanız 6 oyunda 5 məğlubiyyət alıb. Bunun səbəbini nədə görürsünüz?
- Bizdə çoxlu yeni oyunçular var. Komanda üzvləri bir-birini yaxşı tanımır. Ancaq onların bir-birinə uyğunlaşması üçün kifayət qədər vaxtı olub. Sadəcə, toparlanmaq və bu çətin situasiyadan çıxmaq lazımdır. Başımızı yuxarı qaldırıb öz üzərimizdə çox işləməliyik. Onda müsbət nəticələr əldə edə bilərik.
- Bilirsiniz ki, sizə qədər “İnter” heç vaxt belə aciz durumda olmayıb?
- Bəli, xəbərim var. Bura gəlməmişdən öncə bilirdim ki, “İnter” həmişə çempionluğa oynayan komanda olub və turnir cədvəlinin üst sıralarında qərarlaşıb. İlk dəfədir komanda belə bir vəziyyətlə üzləşir. Gəlin, komanda üzvlərini tənqid etməyək. Bizə bir qədər vaxt verin ki, toparlanıb özümüzə gələk.
- İkinci yarıda Abdulla Abatsiyevlə Bruno Bertuççinin qırmızı vərəqə epizodu zamanı futbolçular arasında qalmaqal düşdü. Burda günah kimdə idi?
- Fasilədən sonra meydanda sərt futbol gedirdi. Bunu “kişi futbolu” da adlandırmaq mümkündür. Ona görə də futbolçuların bir-birinə qarşı bəzən kobudluq etməsi gözlənilən idi. Oyunçular arasında qalmaqal hadisələrin axarına uyğun idi. Burda qorxulu bir şey yoxdur. Meydanda belə insidentlər olan şeydir. Yalnız ona təəssüf edirəm ki, Abdulla qırmızı vərəqə aldı və növbəti oyunda bizə kömək edə bilməyəcək.
- Növbəti rəqibiniz “Bakı” ilə də oyun derbi olacaq. Bu görüş haqda nə deyə bilərsiniz?
- Əlbəttə ki, “Bakı” ilə oyuna kimi başımızı aşağı salıb dayanmağın da yeri yoxdur. Başımızı dik tutmalı və çox məşq etməliyik. Çalışmalıyıq ki, əvvəlki matçlarda buraxdığımız səhvləri minimuma endirək. Baxmayaraq ki, “Bakı” da zəif rəqib deyil və hazırda yüksəlişdədirlər, ancaq bu görüşdə mütləq xal toplamaq lazımdır. Üstəlik, evdə oynayacağıq.
Səbuhi TOFİQOĞLU

0
0