“Qəbələ” sabah Bakıya gəlir
13.09.2013 - 14:57
Premyer Liqanın VI turu çərçivəsində baş tutacaq AZAL – “Qəbələ” görüşünün hazırlıqlarını davam etdirən “qırmızı-qaralar” bu gün axşam məşqi ilə doğma məkanda matçöncəsi hazırlıqlara yekun vuracaq. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sabah səhər saatlarında komanda paytaxta yola düşəcək.
“Qəbələ” qarşılaşma öncəsi son məşqinə sabah saat 18:00-da AZAL-ın ev oyunlarını keçirdiyi Şüvəlan qəsəbə stadionunda çıxacaq. Komanda Bakıya bir itki ilə - məşq prosesində ağır zədə alan Rail Məlikovsuz yollanacaq.
Qeyd edək ki, matç sentyabrın 15-i saat 18:00-da start götürəcək və “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

0
0