UEFA-nın açıqlamadığı siyahı
13.09.2013 - 15:17
Avro-2020-ni qəbul etməyə namizədlərin ilkin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 13 şəhərdə keçiriləcək yarışı qəbul etmək istəyənlər sentyabrın 12-dək UEFA-ya müraciət etməli idi.
Namizədlik üçün verilən vaxt bitsə də, Avropa futbol qurumu namizədliyini verən şəhərlərin tam siyahısını hələ də açıqlamayıb. Görünür, UEFA İcraiyyə Komitəsinin sentyabrın 20-də keçiriləcək yığıncağını gözləməyi lazım bilib. Orada namizədliklər təsdiqlənərək, qəbul olunmalıdı.
Lakin bu siyahı müxtəlif mənbələrdə yer alıb. Amma müəyyən fərqlərlə. Əksər mənbələrdə 19 ölkədən 21 şəhərin namizədliyinin verildiyi iddia edilir. Düzdür, adı bu “21-lik”də olmayanlardan Milan, Roma, Münhen, Oslo, Afina, Buxarest, Qüds, Stokholm, Barselona, Madrid və Valensiyanın da adı bəzi yerlərdə hallanır.
Nisbətən daha çox həqiqətə yaxın olan “21-lik”də Bakının da adı var. Paytaxtımızın burada demək olar ki, 18 rəqibi var. Ona görə 18 ki, 2 şəhərlə təmsil olunan Portuqaliya və Ukraynanın hərəsindən yalnız 1-i yarışı qəbul edəcək. Yəni 19 ölkədən 6-sı kənarda qalacaq.

Azərbaycan | Bakı | Olimpiya stadionu | 68000 |
Belarus | Minsk | Traktor stadionu | 33000 |
Belçika | Brüssel | Milli stadion | 60000 |
Bolqarıstan | Sofiya | Vasil levski adına milli stadion | 43230 |
Fransa | Lion | Srad de Lümyer | 61556 |
Macarıstan | Budapeşt | Nyu Puşkaş Drrens stadium | 65000 |
Hollandiya | Amsterdam | Amsterdam Arena | 53052 |
Portuqaliya | Lissabon Porto | Estadio da Luj Estadio do Draqao | 65647 56399 |
Rusiya | Sankt-Peterburq | Zenit Arena | 69500 |
Serbiya | Belqrad | Srvena Zvezda stadionu | 55538 |
İspaniya | Bilbao | San Mames | 53000 |
İsveçrə | Bazel | Sent Yakov stadionu | 38512 |
Türkiyə | İstanbul | Atatürk Olimpiya stadionu | 76092 |
Ukrayna | Donetsk Kiyev | Donbasss-Arena Olimpiyski | 52187 72050 |
İngiltərə | London | Uembli | 90000 |
Şotlandiya | Qlazqo | Hempden Park | 52063 |
İrlandiya | Dublin | Aviva stadionu | 51700 |
Uels | Kardiff | Millenium stadionu | 74500 |
Çexiya | Praqa | Eden | 20800 |
0
0