Ayrıldı, klub tapa bilmədi, yenidən “İnter”ə qayıtdı
13.09.2013 - 15:28
Ayrıldı, klub tapa bilmədi, yenidən “İnter”ə qayıtdı
Yaxınlarda heyətə düşə bilmədiyi üçün “İnter”dən ayrılan Ramil Mansurov yenidən bu kluba qayıdıb. Apasport.az saytının əldə etdiyi xəbərə görə, gənc hücumçu özünə komanda tapa bilmədiyi üçün “bankirlər”ə qoşulmağı daha yaxşı addım sayıb.

Belə ki, Mansurov “İnter”dən ayrılıb AZAL-ın düşərgəsində baxışda olsa da, baş məşqçi Vaqif Sadıqov onun çıxışını bəyənməmişdi. Ramil bu üzdən klubsuz qalmaqdansa, futbolun sirlərinə yiyələndiyi “İnter”ə qayıtmağı daha üstün tutub.