Millimizin sabiq futbolçusu rəsmən Serbiya klubunda - FOTO
13.09.2013 - 16:25
Serbiyanın “Sloboda” klubu yeni transferi olan Azərbaycan millisinin sabiq futbolçusu Murad Hüseynovun təqdimat mərasimini keçirib. Apasport.az saytının məlumatına görə, artıq sabah Belqrad təmsilçisində debüt etmək imkanı olan 24 yaşlı milliləşən rusiyalı komandasının “Partizan”la ev oyununda meydana çıxa bilər.
Ölkəmizdə “Qəbələ” və “Sumqayıt”da çıxış etmiş legioner təqdimat mərasimindəki çıxışı zamanı vaxtilə Serbiyada da oynadığını xatırladıb: “Bilirəm ki, “Sloboda” iddialı klubdu. Avrokuboklarda çıxış edir. Mənim Serbiyada oynamaq üzrə müəyyən təcrübəm var. 2 il əvvəl “Mladost”da oynamışam. Yeni klubumda əlimdən gələn hər şeyi edəcəyəm ki, mənə göstərilən etimadı doğruldum”.
Qeyd edək ki, Hüseynovun transferinədək Serbiya çempionatında 4 tur keçirilib.

0
0