İvan Benitez: “Neftçi” bizdən güclü deyil – MÜSAHİBƏ
13.09.2013 - 23:03
“İnter” klubunun futbolçusu İvan Benitez Topaz Premyer Liqasının VI turu çərçivəsində “Neftçi”yə 1:3 hesabı ilə məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Komandanız sanki meydanda görünmürdü. Xüsusilə, ötürmələrdə kobud səhvlərə yol verir, tez-tez mövqe boşluqları yaradırdınız. Nə baş vermişdi?
- Çətin oyun keçdi. Bunu gözləyirdik də. İki fərqli hissənin şahidi oldunuz. İlk yarıda yaxşı oynamadıq. Amma fasilədən sonra qarşılaşmaya daha yaxşı motivasiya olduq. Üstünlüyü ələ keçirdik. Təəssüf ki, imkanlarımızı reallaşdıra bilmədik. Yəni, son nöqtəni qoyan tapılmadı. Bu da nəticəyə təsir göstərdi.
- Birinci hissədə bu qədər zəif oynamağınız nədən irəli gəlirdi?
- Düzdür, birinci hissədə 3 qol buraxmağımız heç də yaxşı hal deyil. Ancaq bu qollardan üçünü standart vəziyyətlərdən buraxdıq. Rəqib ikinci qolu künc zərbəsindən sonra vurdu. Üçüncü qol isə penalti zərbəsi zamanı reallaşdırıldı. Yalnız birinci qol oyun epizodundan vuruldu. Həmin vaxt biz mövqe səhvinə yol vermişdik. Bu bizim üçün bəhanə olmamalıdır. Sadəcə, düşünürəm ki, birinci hissədə 3 yox, 1 qol buraxsaydıq, ikinci hissədə fərqli oyun izləyəcəkdik.
- “İnter” zəif çıxış etdi, yoxsa “Neftçi” çox güclü idi?
- “Neftçi”nin bizdən güclü olduğunu düşünmürəm. Sadəcə, futbol elə oyundur ki, yaratdığın şanslardan maksimum istifadə etməlisən. Bunu bacarsan, qələbə qazanacaqsan. Əks təqdirdə, meydanı xalsız tərk edəcəksən. Bu gün bizdən fərqli, “Neftçi” əlinə düşən imkanlardan yararlandı.
- Bu hücumçuların zəifliyinin nəticəsidir?
- Futbol komanda oyunudur. Buna görə konkret kimi günahlandırmaq olmaz. Oyun zamanı hər cür halla üzləşirsən.
- Turdan-tura “İnter” irəliləmək əvəzinə geriləyir. Halbuki, komandanız hər zaman iddialılar sırasında yer alıb. Turnir cədvəlindəki mövcud durum nə vaxt düzələcək?
- Futbol proqnozları sevmir. Əvvəlcədən nəsə demək mümkün deyil. Həm də bu cür halla bütün komandalar üzləşir. Ümidimizi üzməmişik. Qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə edə bilərik. Həm də yayda komandada xeyli dəyişiklik edilib. Yeni gələn futbolçuların adaptasiya olması üçün zamana ehtiyacı var.

0
0