Futbolçumuzu ancaq qadın və uşaqlar izləyəcək – FOTO
13.09.2013 - 16:51
Futbolçumuzu ancaq qadın və uşaqlar izləyəcək – FOTO
Türkiyənin “Fəthiyəspor” klubu sabah qarşılaşacağı “Bucaspor”la oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Fəthiyə şəhər stadionunda baş tutacaq oyunu kişilər izləyə bilməyəcək.

Buna səbəb Türkiyə Futbol Federasiyası İntizam Komitəsinin “Fəthiyəspor” - “Balıkəsirspor” oyunu ilə bağlı 2 oyunluq azarkeşsiz matç keçirmək cəzasını verməsidir. Bu üzdən bu qarşılaşmaya yalnız qadınlar və 12 yaşdan kiçik uşaqlar buraxılacaq.

Qeyd edək ki, “Fəthiyəspor”da Davud Kərimi çıxış edir. Qapıçımıza hələ yeni klubunda debüt etmək qismət olmayıb.