Berti Foqts narazıdır: Bu, düzgün deyil
13.09.2013 - 21:00
“Almaniya Futbol İttifaqında idman direktoru vəzifəsinin hələ də boş qalmasına çox təəccüblənirəm. Bu, düzgün deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Bundestimin sabiq futbolçusu və çalışdırıcısı olan mütəxəssis son titulunu qazandırdığı komandanın durumundan narahatdır.
Foqtsun fikrincə, Robin Dutun postundan getməsindən sonra boş qalan Almaniya Futbol İttifaqının idman direktoru vəzifəsinə hökmən kadr tapılmalıdır: “Belə bir önəmli vəzifənin boş qalması heç də yaxşı hal deyil. “Bavariya”da Matias Zammerin işinə baxın. Bundesliqanın digər klublarında da idman direktorları var. Federasiyada da mütləq belə bir koordinator olmalıdır ki, əsas milli ilə gənclər və yeniyetmələr yığmaları arasında körpüyə məsuliyyət daşısın”.
Qeyd edək ki, baş məşqçi Yoahim Lövun köməkçisi Hans Flik hazırda idman direktoru vəzifəsinə əsas namizəd sayılır.

0
0