“Qarabağ” 2 günlük istirahətə yollandı
14.09.2013 - 08:56
“Artıq Vladislav Qədirovun komandaya təsiri hiss olunur. Gördüyü iş göz önündədir, hiss olunur ki, komanda özünə gəlib. Ötən turdakı qələbə və bugünkü heç-heçə göstərir ki, komanda onun göstərişlərini uğurla yerinə yetirir.”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.
Gənc çalışdırıcı Topaz Premyer Liqasının VI turunda “Ravan”la oyun barədə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, hesabda 0:1 geri olarkən qol vuracaqlarına inanmırmış: “Bizim çox sayda futbolçumuz millidən qayıdıb. Oyunçularda yorğunluq və gərginlik var idi. Stress hiss olunurdu. Bütün bunlara görə qol vuracağımıza inanmırdım. Hətta Corc Leroyun zərbəsindən sonra topun qapıya daxil olmasına da əvvəlcə inanmadım. Vurduğumuz qol mənim üçün gözlənilməz oldu”.
Qurbanova bildirib ki, heyətlə bağlı problem olanda istədikləri oyunu göstərmək çətindir: “Bəlkə də son 3 ayın psixoloji yorğunluğu özünü büruzə verir. Futbolçulara iradım yoxdur, qələbə üçün oynayırdılar. Alınmadı, hər şey ola bilər. Düşünürəm ki, onlara istirahət lazımdır. Ona görə də komandaya 2 günlük istirahət veriləcək”.
Qeyd edək ki, “Rəvan” – “Qarabağ” matçı 1:1 hesabı ilə başa çatıb.

0
0