“Rəvan”da işləsəm də, “Qarabağ”a azarkeşlik edirdim”
14.09.2013 - 09:01
“Hər iki komandanın qələbə üçün oynadığı görünürdü, mübarizə aparırdılar. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə işimizə yaradı”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov deyib.
Çalışdırıcı Topaz Premyer Liqasının VI turunda “Qarabağ”la heç-heçəni (1:1) şərh edib: “Komandanın üzvlərinin bir-birinə alışması üçün çalışdıq. Hansı kluba qarşı oynadığımızı gözəl bilirdik. “Qarabağ” çempionatımızın ən güclü komandalarından biridir. “Rəvan”da işləməyimə baxmayaraq, avrokuboklarda "Qarabağ”a azarkeşlik edirdim, Qurban Qurbanovu uğuru münasibəti ilə təbrik edirəm. Bu oyuna gəlincə, futbolçularım əllərindən gələni etdilər. Hər dəfə baxımlı oyun göstərmək olmur. Amma uşaqlar sona qədər döyüşdü. Fikrimcə, komandam bu günə qədər olan ən yaxşı oyununu göstərdi”.

0
0