“Azərbaycanla oyuna kimi bu haqda danışmaqdan çəkinirəm”
14.09.2013 - 11:30
“Cənubi Amerikada olmamışam. Braziliyaya getməyi arzu edirəm. Bu haqda həyat yoldaşımla söhbət eləmişik. Dekabrda turistlərə qoşulmaq istəyirik. Hələlik düşünürük”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin futbolçusu Denis Qluşakov deyib.
26 yaşlı yarımmüdafiəçi gələn il Braziliyada olacaq dünya çempionatında komandasının iştirakını arzulayır. Azərbaycan millisi ilə eyni qrupda yer alan rusiyalı vətənində verdiyi müsahibədə buna nail olmaq üçün seçmə mərhələnin son 2 turunda inamlı çıxış üçün çalışacaqlarını desə də, ətraflı danışmaqdan çəkinib: “Təbii ki, Braziliyaya çempionat iştirakçısı kimi yollanmaq istəyirəm. Ona görə də iş fikirlərini təxirə salmışıq. Əgər mundiala çıxa bilsək, bu ölkəyə iki dəfə uçmağın nə mənası var? Ancaq Lüksemburq və Azərbaycanla oyunlara kimi mən bu haqda danışmaqdan çəkinirəm. Hələlik vaxtı deyil”.
Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu oktyabrın 15-də olacaq.

0
0