“Xəzər Lənkəran”ın futbolçusu millimizin qələbə topunu vurdu
14.09.2013 - 14:14
“Xəzər Lənkəran”ın futbolçusu millimizin qələbə topunu vurdu
Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “Kartalspor” klubunun U-17 komandası ilə qarşılaşan millimiz 1:0 hesabı ilə qələbə qazanıb. Türkiyə təmsilçisinə qolu “Xəzər Lənkəran”ın futbolçusu Elnur Cəfərov vurub.

Qeyd edək ki, bundan öncə “Beşiktaş”la heç-heçə başa çatan görüşdə də (1:1) komandamızın heyətində Cəfərov fərqlənmişdi.

Mənbə: affa.az