Con Toşak: Qol imkanlarımızı nəzərə alsaq, hesab daha böyük ola bilərdi
14.09.2013 - 20:21
Con Toşak: Qol imkanlarımızı nəzərə alsaq, hesab daha böyük ola bilərdi
“Uşaq səhvindən sonra qapımızda qol gördük. Bundan sonra komandanın özünə gəlib qələbə qazanması həqiqətən çətin idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Uelsli mütəxəssis Topaz Premyer Liqasının VI turunun “Bakı” ilə oyunu haqda fikirlərini açıqlayıb. Toşak mövsümün ilk qələbəsinə sevindiklərini bildirib: “Futbolçularımız sag olsunlar ki, bunu bacardılar. Düşünürəm ki, 2:1 hesabı oyunun ədalətli nəticəsi idi. Lakin qol imkanlarımızı nəzərə alsaq, hesab daha böyük ola bilərdi. Həqiqətən də bizim xeyli sayda qol imkanlarımız oldu. Rəqibin isə qapıçımız Orxan Sadıqlıya ciddi çətinlik yaratdığını xatırlamıram. Həmkarım Milinko Pantiçin komandamızın bərbad oynamasını deməsinə isə inanmıram. Əgər həqiqətən belədirsə, buna yalnız təəssüflənirəm”.

Qeyd edək ki, “Xəzər Lənkəran” “Bakı” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.