Milinko Pantiç: “Xəzər Lənkəran” bu qələbəyə sevinirsə...
14.09.2013 - 21:01
Milinko Pantiç: “Xəzər Lənkəran” bu qələbəyə sevinirsə...
“Oyunda səhvlər çox oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının VI turunun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayıb. Pantiç 1:2 hesablı məğlubiyyəti səhvlərlə izah edib: “Xəzər Lənkəran” bu qələbəyə sevinirsə, bu, tarixdir. Bugünkü oyunu unutmalıyıq, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Mənbə: pfl.az