Uğursuzluq zolağına son
14.09.2013 - 21:15
Azərbaycanın ən iddialı klublarından biri olan “Xəzər Lənkəran” uğursuzluq “zolağ”ından çıxıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının VI turunun “Bakı” ilə oyununda 2:1 hesablı əzmkar qələbə qazanan cənublular uğursuz seriyalarına son qoyub.
Bu matçadək özünə yaraşmayan sonuncu pillədə qərarlaşan “Xəzər Lənkəran” mövsümdə qələbə qazanmayan yeganə komanda adından da qurtulub. İlk 5 turda yalnız 3 heç-heçə sayəsində xal qazanan komanda bu dəfə meydanı qalib tərk edib. Con Toşakın yetirmələri ümumilikdə son qələbəsini avrokuboklarda qazanmışdı.
İyulun 11-də Lənkəranda Malta “Slima”sını 1 cavabsız qolla məğlub edən komanda ardınca Avropa Liqasının 2, Premyer Liqanın 5 matçında qələbəyə həsrət idi. 7 oyunluq qələbə həsrətini bitirən “Xəzər Lənkəran” 65 gündən sonra azarkeşlərini sevindirdi.
Çempionatda da öz tarixinin antirekordunu gerçəkləşdirməklə ardıcıl 7 qarşılaşmada qələbə görməyən əyalət təmsilçisi sonuncu dəfə ötən mövsümün XXX turunda “Turan”ı 1:0 hesabı ilə yenmişdi. Ötən çempionatın son 2, cari mövsümün 5 görüşündə qələbə görməyən cənublular mayın 8-dəki həmin zəfərdən sonra növbəti 3 xalı 129 gün gözləməli oldu.
Avqustun 4-də “Sumqayıt”la səfər oyununda qol vuran Lənkəran təmsilçisi növbəti 4 turda qola da həsrət idi. Azarkeşlər Junior Nildonun qolundan sonra 41 gün gözləməli oldu ki, Etame Mbilla rəqib qapısına yol tapsın. Həmin matçın 64-cü dəqiqəsindən sonra növbəti belə sevinc üçün 7 saata yaxın - 413 dəqiqə lazım gəldi.

0
0