Millimizin sabiq üzvləri qaranlıqda qaldı
15.09.2013 - 09:48
Millimizin sabiq üzvləri qaranlıqda qaldı
Azərbaycan milli komandasının sabiq üzvləri Saşa Yunisoğlu və Arif İsayev nadir hallarda təsadüf olunan hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Türkiyə çempionatının 1-ci liqasına çıxış edən həmyerlilərimiz stadionun işıqlarının sönməsinin şahidi olublar.
Onların çıxış etdiyi “Dənizlispor”un “Samsunspor”la ev oyunu transformatordakı problemlər üzündən 56-cı dəqiqədə dayandırılıb. Meydan sahiblərinin 1:0 hesabı ilə öndə olduğu qarşılaşmanın bu gün davam etdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Saşa ilə Arif bu görüşü start heyətində başlamışdı.