Ruslan Abışovun klubunu gözləyən cəza
15.09.2013 - 10:40
Azərbaycan milli komandasının futbolçusu Ruslan abışovun Avropa Liqasının qrup mərhələsində oynamaq arzusu gözündə qala bilər. Apasport.az saytının məlumatına görə, buna müdafiəçinin çıxış etdiyi Rusiyanın “Rubin” klubunun cəzalanması səbəb ola bilər.
Belə ki, Kazan təmsilçisi avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qalıb. Abışov və komandasının taleyi UEFA-nın son günlər sürətləndirdiyi araşdırmaların nəticəsindən asılıdır. “Rubin” türkiyəli futbolçu Gokhan Tərə ilə müqavilə məsələsində ittiham olunur. Məsələ odadır ki, futbolçunun agenti Georq Yablukov verdiyi müsahibədə klub rəhbərliyini maliyyə fırıldağında suçlamasıdır. Bununla bağlı araşdırmaya başlayan UEFA sentyabrın 19-dakı ilk görüş ərəfəsində kazanlıları qrupdan kənarda qoya bilər.
Qeyd edək ki, “Rubin” yarışa buraxılsa belə Ruslanın qrup mərhələsində oynamaq şansı aşağıdır. Çünki arxa xətt oyunçusu klubunda heyətə düşməkdə çətinlik çəkir.

0
0