Kamran Ağayev “3”də qaldı
15.09.2013 - 13:35
Kamran Ağayev “3”də qaldı
“Bakı”nın qapıçısı Kamran Ağayevin quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper ardıcıl 3 quru oyundan sonra qapısında qol görüb.

Ağayev uzun müddət şərəfini qoruduğu “Xəzər Lənkəran”la səfər matçında seriyasını davam etdirə bilməyib. Topaz Premyer Liqasının II turunun AZAL-la görüşünün 27-ci dəqiqəsində Viktor İqbekoyinin zərbəsi qarşısında aciz qalan qolkiper VI turun matçında da məhz 27-ci dəqiqədə qol buraxıb. Bu dəfə onu Etame Mbilla məyus edib.

360 dəqiqəlik quru seriyaya malik Kamran hələlik mövsümün rekordçusudur. Belə ki, ondan başqa yalnız Saşa Stamenkoviç ardıcıl 3 qarşılaşmada qol buraxmayıb. “Neftçi””nin serb qapıçısının seriyası 313 dəqiqəyə bərabərdir.