“Beyl dünyanın ən bahalı futbolçusu olmağa layiq deyil”
15.09.2013 - 14:11
“Beyl dünyanın ən bahalı futbolçusu olmağa layiq deyil”
“Arsenal”ın baş məşqçisi Arsen Vengeri təbrik edirəm. London təmsilçisi heyətinə Məsud Özil kimi bir futbolçunu qatıb”. Apasport.az saytının məlumatına görə, bu szöləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis İspaniyanın “Real” klubunun uelsli Qaret Beyli 100 milyon avroya transfer etməklə dünya rekord müəyyənləşdirməsinə münasibət bildirib. Foqts Beylin gəlməsindən sonra madridlilərin “Arsenal”a satdığı Məsud Özilin keçidindən də danışıb: “Beyl dünyanın ən bahalı futbolçusu olmağa layiq səviyyədə deyil. Təbii ki, o yaxşı futbolçudur. Lakin “Real”a fayda verəcək birisi deyil”.