“Səhvlərimiz üzərində işləyəcəyik”
15.09.2013 - 19:07
“Səhvlərimiz üzərində işləyəcəyik”
“İlk hissədə müdafiədə zəif oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov deyib.

Gənc çalışdırıcı Topaz Premyer Liqasının VI turunun “Simurq”la oyunu haqda fikirlərini açıqlayıb: “İkinci hissədə isə daha yaxşı oynadıq, bərabər oyun getdi. Səhvlərimiz üzərində işləyəcəyik”.

Qeyd edək ki, “Simurq” ev oyununda “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib.

Mənbə: pfl.az