Çempion darmadağın oldu
15.09.2013 - 19:17
Çempion darmadağın oldu
Futbol üzrə Azərbaycan çempionatının I divizionunda ilk turun daha dörd oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, ötən mövsümün çempionu “Ağsu” “Kəpəz”lə oyunda darmadağın olub. Gəncəlilər 5 cavabsız qol vurub.

“Neftçala” isə çempionata qayıdan “Karvan”ı 7 qolla məğlub edib. Adını dəyişən Tovuz təmsilçisi də mövsümə məğlubiyyətlə başlayıb. “Turan-T” “Araz-Naxçıvan”a uduzub.
Yeganə heç-heçə isə paytaxt derbisində qeydə alınıb.

“Turan-T” - “Araz Naxçıvan” – 1:2
Kamil Xanıyev, 27 - Akif Tağıyev, 10; Emin İmaməliyev, 52

“Neftçala” - “Karvan” – 7:0
Aslan Hüseynov, 21; Azər Həşimov, 26-ö.q.; Vaqif Güləliyev, 29; Tanrıverdi Məhərrəmli, 56; Ceyhun Abdullayev, 69; 86; Məhəmməd Alıyev, 79

“Ağsu” - “Kəpəz” – 0:5
Qafar Qafarov, 34; Mehdi Mehdiyev, 40; Pərvin Paşayev, 66; Fərid Həsənov, 70; Camal Məmmədov, 85-ö.q.

MOİK - “Bakılı” – 2:2
Məhəmməd Bədəlbəyli, 38; Cavid Həziyev, 90+2 - Kamran İsmayılov, 76; Şahin Əliyev, 80

Mənbə: pfl.az