“AZAL hücumdan müdafiəyə və əksinə çox sürətlə keçir”
15.09.2013 - 19:53
“AZAL hücumdan müdafiəyə və əksinə çox sürətlə keçir”
“Fasilədən sonra əksər hallarda oyunlar çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis Toapz Premyer Liqasının VI turunun AZAL-la oyunundan sonra görüş haqda fikirlərini bildirib. Syomin 2:1 hesablı qələbəyə sevindiyini gizlətməyib: “Rəqibimiz yaxşı komandadır, hücumdan müdafiəyə və əksinə çox sürətlə keçirlər. Qələbə qazandığımız üçün şadam”.