Branimir Subaşiç “Orduspor”da qol hesabını açdı
16.09.2013 - 08:39
Türkiyə 1-ci dəstəsində 4-cü tura dünən yekun vurulub. Apasport.az saytının məlumatına görə, Davud Kəriminin çıxış etdiyi “Fəthiyəspor” “Bucaspor”u evdə 4:0 yensə də, ilk dəfə futbolçumuz “18-lik”dən kənarda qalıb.
Bir gün əvvəl işıqlar söndüyü üçün oyunu təxirə salınan “Dənizlispor” – “Samsunspor” matçı isə 56-cı dəqiqədən etibarən davam etdirilib. Saşa Yunisoğlu ilə Arif İsayevin start heyətində yer aldığı görüşdə “Dənizlispor” 1:0 öndə olsa da, matçın qalan 35 dəqiqəsi ərzində üstünlüyü qoruyub saxlaya bilməyib. Belə ki, görüş 2:2 hesabı ilə başa çatıb. Arif 65-ci dəqiqədə Cihan Özkaymakla əvəzlənib.
Fərid Quliyevin şərəfini qoruduğu “Kahramanmaraşspor” isə autsayder olduğunu yenə göstərib. Debütant evində “Adanaspor”a 2:3 uduzub. Fərid bu matçda “18-liy”ə daxil olunmayıb. Ancaq “Qəbələ”nin sabiq seneqallı hücumçusu Mustafa Dabo 90 dəqiqə forma geyib.
Cəzalı olduğu üçün millimizə Şimali İrlandiya ilə görüşdə də kömək edə bilməyəcək Branimir Subaşiç isə nəhayət ki, yeni klubunda ilk qolunu vurub. O, “Orduspor”un İzmirdə “Karşıyaka” ilə görüşündə komandasına 22-ci dəqiqədə qələbə gətirən qola imza atıb. Serbiyalı futbolçu 75-ci dəqiqədə rumıniyalı hücumçu Aleksandru İonitse ilə əvəzlənib.
Bu görüşlərdən sonra “Orduspor” 7 xalla 3-cü, “Dənizlispor” 4 xalla 12-ci, Andrey Popoviçlə Usim Ndukanın çıxış etdiyi “Tavşanlı Linyitspor” 4 xalla 15-ci, “Fəthiyəspor” 3 xalla 16-cı, “Kahramanmaraşspor” isə 1 xalla sonuncu – 19-cudur.

0
0