Millimizin futbolçusu 90 dəqiqə oynadı
16.09.2013 - 08:52
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Timur Təməltaş Türkiyənin 2-ci dəstəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun çıxış etdiyi “Altınordu” İzmirdə “Ofspor”u qəbul edib. Qolsuz bərabərə başa çatan oyunda Timur 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, hazırda turnir cədvəlində 4 xalla 2-ci sırada olan “Altınordu”nun “Təpəcikspor”la ilk oyununda Təməltaş 39-cu dəqiqədə sarı vərəqə almış və 88-ci dəqiqədə Əngin Güngörlə əvəzlənmişdi.
Qeyd edək ki, hazırda turnir cədvəlində 4 xalla 2-ci sırada olan “Altınordu”nun “Təpəcikspor”la ilk oyununda Təməltaş 39-cu dəqiqədə sarı vərəqə almış və 88-ci dəqiqədə Əngin Güngörlə əvəzlənmişdi.
0
0