Cihan Özkara oynadı, Ufuk Budak ona baxdı
16.09.2013 - 09:04
Yığmamızın hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” dünən evində Ufuk Budakın çıxış etdiyi “Əskişəhirspor”u qəbul edib. Apasport.az saytının məlumatına görə, meydan sahibləri bu görüşdə 3:2 hesablı qələbə qazanıb.
Milliləşdirilmiş futbolçularımızdan Cihana 2 dəqiqə meydanda olmaq qismət olubsa, Ufuk yenə “18-lik” üzü görməyib. Baş məşqçi Roberto Karlos Özkaranı yalnız oyunun 88-ci dəqiqəsində meydana buraxıb. Bundan öncəki turda “Fənərbaxça”ya qarşı 18 dəqiqə oynayıb 1 sarı vərəqə alan futbolçumuz Burhan Eşəri əvəzləyib.
Qeyd edək ki, bu nəticədən sonra “Sivasspor” 6 xalla 9-cu, “Əskişəhirspor” isə 4 xalla 12-ci sıradadır.

0
0