Rusiya millimizə qarşı heyətini açıqladı
16.09.2013 - 09:33
Rusiya millimizə qarşı heyətini açıqladı
Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığması sentyabrın 13-də Novoqorskda hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, güclü yağış altında keçən axşam hazırlığında zədəli “Spartak”ın hücumçusu Dmitri Məlikovdan başqa, aşağıdakı 22 futbolçu iştirak edib.

Qapıçılar: Timur Akmurzin (“Rubin”), İvan Zlobin (MOİK), İlya Suxoruçenko (“Spartak”);

Müdafiəçilər: Əmirxan Arslanov, Yeqor Boykov (hər ikisi “Çertanovo”), Sergey Yevtuşenko, Dmitri Skopintsev (hər ikisi “Dinamo”), Artyom Mamin, Oleq Krasilniçenko (hər ikisi “Spartak”), Cəmşid Rəhmanov (“Lokomotiv”);

Yarımmüdafiəçilər: Andrey Alekseyev (“Çertanovo”), Nəzər Qordeoçuk, Georgi Melkadze, Danil Poluboyarinov (hər üçü “Spartak”), Nikolay Kipiani, Georgi Maxatadze (hər ikisi “Lokomotiv”), Daniil Yamşçikov (“Dinamo”);

Hücumçular: Timur Koblov (“Lokomotiv”), Vyaçeslav Krivolapov, Yeqor Nikulin (hər ikisi “Çertanovo”), Nikolay Obolski (“Dinamo”), Maksimilian Proniçyev (“Herta”, Almaniya).

Rusiya U-17-si sentyabrın 14-də ikitərəfli oyun keçirib. Komanda bu gün seçmə mərhələnin oyunlarının keçiriləcəyi Volqoqrada gedəcək.

Qeyd edək ki, Rusiya bizim U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqiblərindən biridir. Bu komanda ilə oyun sentyabrın 23-də, Bakı vaxtı ilə saat 18.00-da keçiriləcək.