“Xəzər Lənkəran” məşqlərə başladı
16.09.2013 - 10:07
“Xəzər Lənkəran” məşqlərə başladı
Topaz Premyer Liqasının VI turunda “Bakı”nı 2:1 hesabı ilə məğlub etməklə “qara zolaq”dan çıxan “Xəzər Lənkəran” bir günlük istirahətin ardından bir araya gəlib. Apasport.azsaytının məlumata görə, cənub klubu bu gün bir araya gələrək saat 10:00-da ehtiyat meydançada məşqə çıxıb. Bununla da “ağ-yaşıllar” AZAL-la oyunun hazırlıqlarına start veriblər.

Qeyd edək ki, “Xəzər Lənkəran” Topaz Premyer Liqasının VII turu çərçivəsində sentyabrın 22-də səfərdə AZAL-la qarşılaşacaq. “Bakı” ilə matçdan fərqli “Xəzər Lənkəran”ın “təyyarəçilər”lə dueli televiziya vasitəsi ilə canlı yayımlanmayacaq.

Mənbə: 12cioyuncu.info