Fərid Quliyevin baş məşqçisi istefa verdi
16.09.2013 - 10:20
Fərid Quliyevin baş məşqçisi istefa verdi
“Bura PTT liqasıdır. Yarışmaçı, bir-birini tamamlayan bir heyət formalaşdırdıq, amma çox gec oldu. Oyunçu və məşqçi heyəti olaraq çox kiçik şeyləri öz aramızda həll etməyə çalışdıq. Ancaq biz bunu bacarmadıq”. Apasport.az saytının məlumatına görə, bunu “Kahramanmaraşspor”dan istefa verdiyini açıqlayan baş məşqçi Bəsim Durmuş deyib.

Evdə “Adanaspor”a 2:3 hesabı ilə yenilən “Kahramanmaraşspor”da növbəti baş məşqçi dəyişikliyi olub. Mövsümün əvvəlində Fəthi Çokkəsəri əvəzləyən Durmuşun dönəmində Türkiyənin 1-ci dəstəsinin debütantı qələbə üzünə həsrət qalıb və hazırda sonuncu pillədədir. 47 yaşlı məşqçi 4 oyunda cəmi 1 xal topladıqlarına görə matçdan sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb.

Fərid Quliyevin məşqçisi istefasının oyunun nəticəsi ilə əlaqədar olmadığını da açıqlayıb: “Matçdan sonra nəticədən asılı olmayaraq istefa verəcəkdik. İşimizi buraxırıq. Açıq şəkildə bildirirəm... Çox deyiləcək şey var, amma enerjimizi dağıtmayaq”.

Qeyd edək ki, adıçəkilən oyunda tərəfdarlar arasında qanlı dava düşüb. Onların arasında sol gözünün üstündən daş zərbəsi almış 8 yaşlı uşaq da var.