Daniel Subotiç: Mənim üçün bu ikiqat çətin və məsuliyyətlidir
16.09.2013 - 10:42
“İlk qolumu vurdum. Sevindirici haldır ki, bu, debüt oyunumda baş verdi. Amma ən əsası odur ki, qol komandamızın işinə yaradı, qələbə qazandıq. İlk oyuna çıxmaq həmişə çətin oyun olur. Mənim kimi uzun zamandır futbol oynamayan birisi üçün bu ikiqat çətin və məsuliyyətlidir. Son rəsmi oyunumu may ayında keçirmişdim. Artıq futbolsuz günlərim arxada qaldı. Düşünürəm ki, debütüm normal alındı". Bu sözləri “Qəbələ”nin hücumçusu Daniel Subotiç deyib.
AZAL - "Qəbələ" matçının ardından qarşılaşmada debüt edən və qələbə qoluna imza atan Daniel Subotiç klubunun rəsmi saytına açıqlama verib. İsveçrə vətəndaşlığını daşıyan hücumçu növbəti oyunlarda da komandasına yararlı olacağına inandığını bildirib.
Futbolçu qol anından danışmağı da unutmayıb: "Qol epizodunda öncə başla oynamağı düşündüm. Amma son anda fikrimi dəyişdim, topu sinəmlə ram etdim və zərbə vurdum. Pis alınmadı. İlk oyundaca 90 dəqiqə meydançada olmaq çətindir. Bunun üçün yüksək fiziki hazırlıq gərəklidir. Oyuna yaxşı hazırlaşmışdıq. Amma düşünürəm ki, öz üzərimdə hələ çox işləməliyəm. Növbəti oyunlarda da qollarımı davam etdirəcəyimə və komandama yararlı olacağıma inanıram".
Qeyd edək ki, Daniel Subotiç 31-ci dəqiqədə ilk qolunu vurub. O, debüt oyununun 89-cu dəqiqəsində sarı vərəqə almaqla da yadda qalıb.

0
0