Dünya futbolunda görünməmiş müqavilə
16.09.2013 - 11:25
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Real” klubu ilə yeni müqavilə imzalayan hücumçu dünyanın ən yüksək ödənişli oyunçusu olub.
Yeni – 5 illik anlaşmaya əsasən 2018-ci ilədək “Kral klubu”nda çıxış edəcək Ronaldo heç bir futbolçunun qazanmadığını əldə edəcək. İllik maaşı 21 milyon avro olacaq portuqaliyalı orta hesabla ayda 1,7 milyon, gündə 58 min və ya dəqiqəsinə 40 avro alacaq.
Qeyd edək ki, Ronaldo müqavilə imzaladıqdan sonra qarşıdakı hədəflərini açıqlayıb. Hücumçu növbəti 5 ildə 200 qol vurmağı qarşısına hədəf qoyub. 2009-cu ildən bu komandada çıxış edən Kriştianu 241 oyunda 224 qol vurub.

0
0