Əli Gökdəmir 67 dəqiqə oynadı - FOTO
16.09.2013 - 11:52
Millimizin futbolçularından olan Əli Gökdəmirin çıxış etdiyi “Hannover 96”nın U-23 komandası Almaniya Regionalliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, hannoverlilər evdə “Meppen”i qəbul edib.
Görüşün 2-ci dəqiqəsində hesabı meydan sahiblərinin türkiyəli hücumçusu Dəniz Kadah açsa da, qonaqlar tarazlığı bərpa edib. Məhz 62-ci dəqiqədə buraxılan qoldan 5 dəqiqə sonra start heyətində yer alan Gökdəmir Nikolas Rayski ilə əvəzlənib.
Qeyd edək ki, “Hannover 96”nın 2-ci komandası qazandığı 1 xal sayəsində 1 pillə irəliləyib. Əlinin komandası hazırda turnir cədvəlində 9 xalla 8-ci sıradadır.

0
0