Mövsümdə ilk dəfə
16.09.2013 - 12:05
Topaz Premyer Liqasının VI turu məhsuldarlığı ilə seçilib. Apasport.az saytının məlumatına görə, 5 oyunda 16 qolun vurulduğu turun əsas özəlliyi bütün komandaların rəqib qapısına yol tapmasıdır.
Belə ki, bu dəfə qapısını toxunulmaz saxlayan və ya qola həsrət qalan olmadı. “Neftçi” və “Simurq”un hamıdan çox 3 qol vurduğu turda “Xəzər Lənkəran”la “Qəbələ” 2 dəfə fərqləndi. Digər 6 komanda isə cəmi 1 dəfə toru silkələdi.
Turda meydana çıxan hər komandanın qol vurması isə heç də hər gün təsadüf olunan hadisə deyil. Premyer Liqamızda son belə hal ötən ilin oktyabrında qeydə alınmışdı. 2012/13 mövsümünün XI turunda meydana çıxan bütün komandalar qol vurmuşdu. İndikindən fərqli onda çempionatda 10 deyil, 12 komanda çıxış edirdi.

0
0