İsrailə qol vuran futbolçumuz “Fortuna”nın heyətində çıxış etdi
16.09.2013 - 12:16
21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Tuğrul Erat Regionalliqada çıxış edən “Fortuna”da növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, gənc türkmənşəli futbolçumuz Düsseldorf təmsilçisinin “Boxum”un 2-ci komandası ilə oyununda start heyətində yer alıb.
Tuğrul matçı əvəz olunmadan keçirib. Onun komandası isə səfərdə rəqibinə 3:0 hesabı ilə qalib gəlib. “Fortuna”nın 2-ci komandası turnir cədvəlində 10 xalla 9-cu pillədədir.
Qeyd edək ki, Tuğrul Erat sentyabrın 8-də Netaniya şəhərində İsraillə keçirdiyi ilk rəsmi oyununda qol vurmağı bacarıb.

0
0