Georgiyevskidən faydasız qaçış
16.09.2013 - 12:19
“İnter” futbolçularının Topaz Premyer Liqasının VI turundakı fiziki fəallığı məlum olub. Apasport.az saytının məlumatına görə, “İnStat Football” şirkəti “Neftçi” ilə qarşılaşma haqqında statistik hesabat hazırlayıb.
Hesablamalara əsasən “İnter”in oyunçuları bu qarşılaşmada ümumilikdə 108,7 kilometr məsafə qət ediblər. Ən çox qaçan isə Slavço Georgiyevski olub.
Qeyd edək ki, bu fəallıq xal qazanmaq üçün fayda verməyib və paytaxt derbisində “Neftçi” 3:1 hesabı ilə qalib gəlib.
Mənbə: inter.az

1 | Slavço Georgiyevski | 11236 m |
2 | Matiya Şpiçiç | 11132 m |
3 | İlqar Ələkbərov | 10873 m |
4 | Ruslan Əmircanov | 10621 m |
5 | Vaqif Cavadov | 10170 m |
Mənbə: inter.az
0
0