Xanım referi ilə yubiley matçı
16.09.2013 - 12:24
Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Rəvan” – “Qarabağ” oyunu bir sıra maraqlı məqamları ilə yadda qaldı. Apasport.az saytının məlumatına görə, “Bayıl Arena”da oynanılan və 1:1 hesabı ilə yekunlaşan qarşılaşma meydan sahibləri üçün yubileylə əlamətdar olub.
Belə ki, “Rəvan” elitada 70-ci görüşünü keçirdi. Öncəki iki mövsümün hər birində 32 matça çıxmış "aslanlar” cari çempionatın 6-cı qarşılaşmasında yubileyə çatdı. Bu görüşlərdə paytaxt klubu 23 qələbə əldə edib, 31 dəfə məğlub olub. Daha 16 oyun isə heç-heçə başa çatıb. Topların fərqi isə belədir – 88:108. Bu görüşlərdə toplanan xalın cəmi 85-dir.
Ardıcıl 3 oyundur hesabı açan “Rəvan”ın “Qarabağ” ilə görüşünün digər diqqətçəkən məqamı qadın hakimin idarəçiliyi oldu. Belə ki, Səbayel Qurbanova cari mövsümdə Topaz Premyer Liqasında baş hakim funksiyasını yerinə yetirən ilk xanım referi kimi tarixə düşdü.
Maraqlıdır ki, Azərbaycan çempionatlarının 21 illik tarixində 3-cü dəfə komandaları meydana qadın hakim çıxarıb və bütün bu hallarda iş başında məhz Qurbanova olub. O, daha öncə 2010/11 mövsümündə "Muğan”ın 2 oyununu (Simurq 3:0, MOİK 1:0) idarə etmişdi.

0
0