Əvvəl İsrail, sonra “Volfsburq”dan darmadağın gördü
16.09.2013 - 12:58
Əvvəl İsrail, sonra “Volfsburq”dan darmadağın gördü
21 yaşadək milli komandamızın üzvü Taşkın İltər “Volfsburq”un U-23 komandasına qarşı oynayıb. Apasport.az saytının məlumatına görə, gənc futbolçumuz Braunşvayq “Ayntraxt”ının 2-ci komandası ilə “Volfsburq”un qonağı olub.

Taşkın bu oyunda start heyətində yer alıb. Görüş isə qonaqlar üçün darmadağınla başa çatıb – 0:4. Bu nəticədən sonra “Ayntraxt” çıxış etdiyi Regionalliqanın “Şimal” zonasında 4 xalla 16-cı pillədə məskunlaşıb.

Qeyd edək ki, ardıcıl 2-ci oyundur ki, Taşkın İltərin çıxış etdiyi komanda rəqibinə darmadağın olur. Bundan öncə futbolçumuz ilk “11-lik”də çıxdığı U-21-in heyətində İsrail millisinə böyükhesablı yenilgidə (2:7) iştirak etmişdi.