Ümit Özatdan şok iddia: Əziz Yıldırım istəsəydi, çempion olardıq
16.09.2013 - 13:11
“Fənərbaxça”nın sabiq kapitanı Ümit Özat şok açıqlama verib. Apasport.az saytının məlumatına görə, hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən veteran futbolçu “Bəyaz TV”də çıxışı zamanı “sarı bülbüllər”in 2005/06 mövsümünün sonuncu turunda çempionluğu bilərəkdən əldən verdiyinə işarə edib. Özatın efirdə işlətdiyi bu cümlə Türkiyə mətbuatının gündəminə damğa vurub: “Əziz Yıldırım istəsəydi, çempion olardıq”.
Qeyd edək ki, 2005/06 mövsümünün son həftəsinə lider kimi daxil olan “Fənərbaxça” səfərdə hazırda həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun formasını geyindikləri “Dənizlispor”la bərabərə qalmaqla, çempionluğu “Qalatasaray”a “hədiyyə etmişdi”. Dənizli təmsilçisi əldə etdiyi 1 xal sayəsində elitada mövqeyini qorumuş, “sarı bülbüllər”in sürpriz şəkildə büdrəməsi isə müzakirələrə səbəb olmuşdu.

0
0