Vladislav Qədirov: Uşaqlar artıq hər oyunda döyüşür
16.09.2013 - 13:57
Topaz Premyer Liqasının VI turunun “Rəvan” – "Qarabağ” oyunu meydan sahiblərinin baş məşqçisi Valdislav Qədirov üçün yubiley ilə əlamətdar olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı çalışdırıcı peşəkar məşqçilik karyerasında 100-cü görüşünə çıxıb.
Qədirov bu 100 oyunda 44 qələbə əldə edib, 39 dəfə isə məğlub olub. Qədirovun “Rəvan”da 45-ci oyununu keçirdiyini də bildirək. Yubileyi "sülh” ilə qeyd edən çalışdırıcı paytaxt klubu ilə 26 qələbə əldə edibsə, 10 matçda yenilgiyə üzülüb.
Yubilyar klubun rəsmi saytına 100-ü haqlamasına münasibət bildirib: "100 oyun həddinə çatdığıma görə şadam. Özü də yubiley oyununda ölkənin ən güclü klublarından olan "Qarabağ” ilə görüşdük və onlardan xal aldıq. Əlbəttə, qələbə qazansaydıq, daha möhtəşəm olardı. Lakin 1 xalla kifayətlənməli olduq. Əsas odur ki, uşaqlar atıq hər oyunda döyüşür, sona qədər mübarizə aparır. Mənə gəlincə, çalışacam ki, komandam oyunu ilə qəlblərə yol tapsın, sayılıb-seçilən kollektivə çevrilsin. Hər keçən oyunda inkişafın olduğunu hiss edirəm. Ümid edirəm ki, bu artan qrafiki qoruyacağıq”.

0
0